Pendirin yanına bir dənə qoysaz, aylarla nə kifləyəcək, nə də quruyacaq Hər evdə VAR
Digərləri 27 Mar 2026 12:10:00 110 0
Mətbəxdə ən çox istifadə olunan məhsullardan sayılan pendirin saxlanması ilə bağlı sadə, amma maraqlı üsul mövcuddur. Söhbət pendirin yanına kiçik parça qənd qoymaqdan gedir. İlk baxışda qəribə görünən bu üsulun arxasında isə kifayət qədər məntiqli səbəb dayanır. Son.az xəbər verir ki, pendirin tez xarab olmasının əsas səbəbi qabın içində yığılan artıq rütubətdir. Qənd isə təbiətcə rütubəti özünə çəkən maddədir. Pendirin yanına qoyulan kiçik qənd parçası sanki süngər kimi davranaraq artıq nəmi özünə çəkir, beləliklə mühitdə tarazlıq yaranır. Nəticədə pendir nə həddindən artıq islanır, nə də quruyub çatlayır. Bu üsul həm də kif və bakteriyaların yaranmasının qarşısını qismən alır. Məlum məsələdir ki, mikroorqanizmlər rütubətli mühiti sevir. Qənd rütubəti azaltdıqca onların çoxalması da ləngiyir. Bu isə heç bir əlavə qoruyucu vasitə olmadan pendirin daha uzun müddət saxlanmasına imkan verir. Xüsusilə ağ pendir kimi həssas növlərdə bu üsul daha effektiv sayılır. Məhsul həm dadını, həm də yumşaq quruluşunu daha uzun müddət qoruyur. Üstəlik, pendirin səthində yaranan saralma və quruma kimi problemlər də minimuma enir. Qeyd olunur ki, qənd zaman keçdikcə rütubəti çəkdiyi üçün yumşala və formasını itirə bilər. Belə halda onu yenisi ilə əvəz etmək kifayətdir./Demokrat.az
Bu xəbəri də oxu: İrandan Azərbaycana ümumilikdə 3040 nəfər təxliyə edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüst
Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Cənub-Astara dövlə
Daxili İşlər Nazirliyinin əməkdaşları martın 26-da Bakı və ayrı-ayrı
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üçün Cənubi Qafqaz mühü
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının tə
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir: İr
ABŞ-nin Maliyyə Nazirliyi ölkənin yaranmasının 250 illik yubileyi münasib
Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 9:00-a olan məlumatına
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.
ABŞ İrana qarşı quru əməliyyatına başlamaq haqqında qərar qəbul edib.
Kapitallaşma baxımından ən çox qiymətləndirilən iki kriptovalyutanın -
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
Zaqatalada ayağından xəsarət alan 50 yaşlı kişi ölüb.
Son.az xəbər verir ki, mərhum jurnalist bu gün dəfn olunacaq.
