Tramp BƏƏdə niyə belə qarşılandı? Qadınların rəqs şousunun əsl səbəbi VİDEO


Dünya 16 May 2025 13:42:00 62 0

Tramp BƏƏdə niyə belə qarşılandı?  Qadınların rəqs şousunun əsl səbəbi  VİDEO

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfərinin üçüncü dayanacağı olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunan qarşılanma mərasimi diqqət çəkib.

Trampın Zayed Beynəlxalq Hava Limanına enməsi ilə onu BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan rəsmi mərasimlə qarşılayıb. Mərasim zamanı zalın hər iki tərəfindəki qadınlar musiqi sədaları altında saçlarını önə-arxaya ataraq rəqs ediblər.

Bu görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.

Son.az-ın məlumatına görə, bu rəqs Bədəvi mədəniyyətinə məxsus "Al Ayyala" adlı ənənəvi rəqsidir. Bu rəqs tarixi İslamdan əvvəlki dövrlərə, hətta Asurlara qədər uzanır və əsasən kişiləri döyüşə təşviq edən qadınların simvolik hərəkətlərindən ibarətdir. Rəqs zamanı qadınların saç hərəkətləri, şeirlərlə müşayiət olunan motivasiya elementləri, ərəb poeziyasında qadın gözəlliyinin atlara bənzədilməsi ilə sıx əlaqəlidir.

Bu cür rəqslər milli bayram və mədəniyyət tədbirlərində təqdim edilsə, dünya ölkələrində bu görüntülər fərqli qarşılanır. Bu kontekstdə ifa olunması qadının bir əmtəə kimi təqdim edilməsi təəssüratını yaradır və Yaxın Şərqdə qadınların vəziyyəti ilə bağlı narahatlıqları gündəmə gətirir.

Həmin qarşılanmadan görüntüləri sizə təqdim edirik:

Fidan Son.az