NASAdan 7 kiloluq ay daşı oğurladı Sevgilisinə aparacaqmış...
Dünya 15 May 2025 16:25:00 86 0
NASA-nın Conson Kosmik Mərkəzində təcrübə keçən Thad Roberts adlı təcrübəçi sevgilisinə söz verdiyi üçün 7 kiloqramlıq Ay daşı oğurlayıb.
Son.az xəbər verir ki, oğurlanmış daşlar Apollon missiyalarından gətirilmiş və ümumi dəyəri 21 milyon dollar olan nümunələrdir.
2002-ci ildə Roberts və digər təcrübəçi Shae Saur gizlicə mərkəzə daxil olaraq, 600 funtluq bir seyfdən dəyərli daşları oğurlayıblar.
Oğurlanmış nümunələri onlayn yüksək qiymətlərlə satmağa çalışmaları isə ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən aşkar edilərək, cinayətkarlar cinayət başında tutulub. Onlar "Orb Robinson" təxəllüsü ilə daşları satmağa cəhd ediblər.
Kaynak: milli.az