298 nəfərin öldüyü təyyarəni Rusiya vurubmuş ICAO təsdiqlədi


Dünya 15 May 2025 14:25:00 57 0

298 nəfərin öldüyü təyyarəni Rusiya vurubmuş  ICAO təsdiqlədi

ICAO MH17 təyyarəsinin vurulmasına görə Rusiyanı günahkar hesab etdi.

Son.az gov.uk-a istinadla xəbər verir ki, ICAO Şurası mayın 12-də Rusiya Federasiyasının 2014-cü ildə MH17 reysini vurmaqla Çikaqo Konvensiyasının maddəsini pozduğunu rəsmən tanıyıb.

Qərarda qeyd olunub ki, Rusiya havada olan mülki təyyarəyə qarşı silah tətbiq edib və nəticədə 298 nəfər həlak olub. Onların arasında 10 Böyük Britaniya vətəndaşı da olub.

Bu, ICAO-nun 80 illik tarixində ilk dəfə beynəlxalq hüquqi mübahisəyə dair verdiyi qərardır. Qurum bildirib ki, bu qərarla mülki aviasiyanın təhlükəsizliyinə dair qaydaların pozulmasına qarşı mövqe ortaya qoyulub.

Böyük Britaniya açıqlamasında bu qərarı alqışlayıb və ICAO-nun beynəlxalq hüququn qorunması istiqamətində atdığı addımları dəstəklədiyini bəyan edib.