Zelenski: “Rusiya tərəfində qərar verən şəxslər yoxdur”
Dünya 15 May 2025 19:23:00 79 0
Dünyanın diqqəti Rusiyayla Ukrayna arasında baş tutması planlaşdırılan danışıqlar prosesinə və bu məqsədlə İstanbulda keçiriləcək görüşlərə yönəlib. Rusiya heyəti və ABŞ-dən bir sıra rəsmilər bu danışıqlar üçün İstanbulda toplaşıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib. Ərdoğanla Zelenski arasında Prezidentlik Kompleksində 2 saat 45 dəqiqə davam edən görüş baş tutub.
Bu haberi de oku: Bu gün tarixi görüş baş tutacaq Kimlər olacaq?
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirən Zelenski, İstanbulda danışıqlara qatılan Rusiya heyətində qərarvermə səlahiyyəti olan şəxslərin olmadığını bildirib.
Rusiyanın İstanbul sülh danışıqlarında heyət rəhbəri olan Vladimir Medinski, görüşlərə dair açıqlama verib. Medinski bildirib ki, "Biz bu danışıqlara, 2022-ci ildə Ukraynanın pozduğu sülh danışıqlarının davamı kimi yanaşırıq". O, əlavə edib ki, "Ukrayna ilə danışıqlardakı əsas məqsədimiz, böhranın əsas səbəblərini aradan qaldıraraq uzunmüddətli sülhün təmin edilməsidir".