"Sabah İstanbula gedə bilərəm"


Dünya 15 May 2025 12:30:00 92 0

"Sabah İstanbula gedə bilərəm"

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qatılacağını bəyan edən, lakin son anda planını dəyişən ABŞ prezidenti Donald Tramp mövzu ilə bağlı növbəti açıqlama verib. Son.az xəbər verir ki, Tramp bildirib ki, zəruri olarsa, sabah İstanbula gedə bilər.

Bu gün tarixi görüş baş tutacaq - Kimlər olacaq?

Trampın sözlərinə görə, onun danışıqlarda iştirak etməməsi Rusiya Prezidenti Vladimir Putinin də prosesdən kənarda qalmasına səbəb olub: "Mən getməsəm, Putin gəlməyəcək demişdim və haqlı çıxdım. Əgər lazım olsa, sabah İstanbula gedə bilərəm".

Bu bəyanat sabah Putinin də danışıqlara qatılması ilə atəşkəs sazişinin imzalanacağı ehtimallarını gücləndirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları üçün açıqlanan rəsmi nümayəndə heyətində yer almamışdı. Ardınca Ağ Ev də Donald Trampın sammitdə iştirak etməyəcəyini bildirmişdi.

Yaxın Şərq səfəri çərçivəsində Qətərə yollanan Tramp jurnalistlərə açıqlamasında demişdi: "Mən Türkiyəyə də gedə bilərəm. Putin mənim də danışıqlarda iştirak etməyimi istəyir. Mən getməsəm, o da getməyəcək. Ona görə Yaxın Şərq səfərimin bir hissəsi kimi Türkiyəyə də yollana bilərəm".

İndi isə gözlər sabaha dikilib - həm Trampın, həm də Putinin eyni anda danışıqlara qatılması atəşkəs üçün real ümid doğura bilər.

Fidan Son.az