Trampla Melaniya boşanıb?


Dünya 16 May 2025 20:00:00 80 0

Trampla Melaniya boşanıb?

Nadir hallarda ictimaiyyət qarşısına çıxan Melaniyanın ABŞ prezidenti Donald Trampla evliliyinin bitməsi barədə sensasiyalı xəbər yayılıb.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bioqraf Maykl Volf iddia irəli sürüb. O, bildirib ki, Prezident və birinci xanım faktiki olaraq "ayrılıblar" və ayrı yaşayırlar.

Volf daha öncə Tramp haqqında bir neçə kitab da yazıb.

"Bu cütlük bizim evliliyi anladığımız kimi yaşamır", - Volf "The Daily Beast" podkastında deyib. "Əslində, çox aydın şəkildə deyə bilərəm ki, onlar ayrı həyat yaşayırlar. ABŞ prezidenti və birinci xanım ayrılıblar".

İddia olunur ki, Melaniya Tramp andiçmə mərasimindən sonra Ağ evdə iki həftədən az müddətdə qalıb. Əri ilə birgə bir neçə tədbirə qatılıb.

Ən diqqətçəkənləri isə Papa Fransiskin dəfn mərasimi və Ağ evdə keçirilən ənənəvi Pasxa tədbiri olub.