Bu yol tam bağlanacaq Sürücülərin nəzərinə!


Digərləri 15 May 2025 13:38:00 91 0

Bu yol tam bağlanacaq  Sürücülərin nəzərinə!

Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə mayın 17-si saat 00:00-dan etibarən İlqar Abdullayev küçəsində - Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Buna səbəb Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində inşa olunan tunelin giriş hissəsinin tikintisidir. Hərəkət məhdudiyyəti tikinti başa çatanadək qüvvədə qalacaq.