Peyğəmbərə məktub yazdılar


Digərləri 15 May 2025 17:34:00 70 0

Peyğəmbərə məktub yazdılar

İnsanlar bəzən ümidlərini göyə deyil, suyun dərinliklərinə yazırlar. Qədim inanclara söykənən adətlər bu gün də fərqli formalarda yaşamaqda davam edir. Xüsusilə Hıdırellez kimi mərasimlərdə insanlar arzularını təbiətə əmanət edərək həyata keçməsini diləyirlər. Türkiyədə baş verən son bir hadisə bu inancın nə qədər canlı olduğunu bir daha ortaya qoydu.

Son.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Sualtı İdman Cəmiyyəti dalğıcları dəniz dibində qəribə bir mənzərə ilə qarşılaşıblar. Onlar dərinliklərdən Hıdırellez bayramı ilə əlaqəli çoxsaylı məktublar tapıblar. 

Məlumata görə, "Hıdırellez arzuları" adı verilən bu məktublarda insanlar öz niyyət və istəklərini kağıza yazaraq dənizə atıblar. Bu, qədim adət-ənənələrə əsaslanır və inanclara görə, arzuların gerçəkləşməsi üçün belə bir rəmzi addım atılır.