"ChatGPT"nin yeni modeli istifadəyə verildi Bunlar mümkün olacaq


Digərləri 15 May 2025 17:57:00 63 0

"ChatGPT"nin yeni modeli istifadəyə verildi  Bunlar mümkün olacaq

"ChatGPT"nin ən son süni intellekt modeli GPT-4.1 artıq ödənişli istifadəçilər üçün əlçatandır. Yeni model bu gün etibarilə "ChatGPT Plus" , Pro və Team abunəçilərinin istifadəsinə verilib. 

Son.az xəbər verir ki, OpenAI-nin verdiyi məlumata görə, istifadəçilər tətbiqin yuxarı sol küncündəki model seçim menyusundan GPT-4.1-i seçərək bu modelə keçid edə bilərlər.

GPT-4.1-in təqdimatı ilə yanaşı, pulsuz istifadəçilər üçün də yeniliklər var. Belə ki, indiyədək mövcud olan GPT-4o mini modeli artıq GPT-4.1 mini ilə əvəz olunacaq. Bununla belə, standart model kimi GPT-4o pulsuz istifadəçilər üçün istifadə edilməyə davam edəcək. Limitə çatıldıqda sistem avtomatik olaraq GPT-4.1 mini-yə keçəcək.