Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər
Digərləri 15 May 2025 18:45:00 68 0
Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Bu haberi de oku: Yatmazdan əvvəl qəbul edin: Yuxuda əzələ "çıxardacaqsınız"
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə təlim iştirakçılarına təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirlərinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.
Beynəlxalq təlimdə iştirak edən müxtəlif ölkələrin təyyarələri birlikdə "fil yürüşü" ediblər. Sonra iştirakçılar uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.
Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar yerinə yetirilib. Uçuşlar zamanı qarşılıqlı fəaliyyət və rabitə əlaqəsi yoxlanılıb.
Qeyd edək ki, təlim mayın 23-dək davam edəcək. Son.az