Azərbaycanda bu məhsulun satışı qadağan edildi


Digərləri 15 May 2025 17:25:00 73 0

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.

Son.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, mediadan daxil olan vətəndaş şikayətinə əsasən, Çin Xalq Respublikasının "Shandong Qinkai Medical Industry Co. LTD" şirkəti tərəfindən istehsal edilmiş, 15.09.2023-cü il istehsal tarixli və 20230915 seriyalı "Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" adlı tibb vasitəsinin qablaşdırmasında çapla bağlı nöqsanlar aşkar edilib. Belə ki, məhsulun üzərində yararlılıq müddəti 14.09.2023-cü il olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix 14.09.2028-ci il kimi düzəldilib.