Mənzil bazarında qiymət enəcək?
Digərləri 14 May 2025 23:24:00 77 0
Son bir il ərzində Bakı şəhəri üzrə təkrar mənzil bazarında qiymətlər artım meylini davam etdirib. 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək olan dövrdə orta qiymətlərdə ikirəqəmli artım faizi (təxminən 10-15%) qeydə alınlb, bazarda durğunluq müşahidə olunan qısa mərhələlər istisna olunmaqla ümumi trend bahalaşma yönündə olub.
Bu haberi de oku: İmamoğlu barəsində daha bir istintaq başladıldı
Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev deyib.
Qurum rəsmisi vurğulayıb ki, xüsusilə yeni tikili mənzillər seqmentində yüksək tələbat qiymətləri sürətlə artırıb:
"Bazarın canlanması nəticəsində satışa çıxarılan mənzillərin sayı artsa da (təklif genişlənsə də), bu artım tələbi tam ödəmədiyi üçün qiymətlər yenə yüksəlib. Qiymət artımı ölkədəki ümumi inflyasiya səviyyəsindən dəfələrlə yüksəkdir - məsələn, 2025-ci ilin rübündə mənzil qiymətləri artımı ölkə üzrə istehlak inflyasiyasını 2,6 dəfə üstələyib".
O bildirib ki, bazar strukturunda da nəzərəçarpan dəyişikliklər müşahidə edilib:
"İpoteka qaydalarındakı dəyişiklik (böyük məbləğli ödənişlərdə mənbə tələbi və köhnə evlərin kreditləşməsinə məhdudiyyət) əvvəlcə bazarda aktivliyi azaltsa da, sonradan alıcılar bu vəziyyətə adaptasiya oldular. Nəticədə köhnə mənzil seqmentində qiymətlər nisbətən sabit qaldı, yeni mənzillər seqmentində isə artım davam etdi. Bazarda investisiya məqsədli alıcıların fəallığı artıb - insanlar daşınmaz əmlakı, xüsusən də tikilməkdə olan yeni binalardakı mənzilləri sərmayə kimi görür və alırlar. Bu da struktur olaraq bazarda daha çox yeni tikili mənzilin dolaşımda olmasına gətirib çıxarır. Belə struktura dəyişiklikləri orta qiymətlərin hesablanmasına da təsir edir; lakin ümumilikdə, 2024-2025 dövründə bazar strukturundakı dəyişimin qiymət artımına təsiri məhdud olub (yəni bahalaşmanı əsasən real tələb təzyiqi şərtləndirib)".