Bu xəbərdən sonra yumurtanın ağını yeməyəcəksiz
Digərləri 15 May 2025 03:03:00 67 0
Zülal tərkibli qidaların orqanizmə təsiri uzun illərdir alimlərin diqqət mərkəzindədir. Xüsusilə bağırsaq mikrobiomu, yəni orqanizmdə yaşayan faydalı mikroorqanizmlər insan sağlamlığının əsas sütunlarından biri kimi qəbul edilir.
Son.az xəbər verir ki, şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, yumurta ağında mövcud olan zülal, bağırsaq divarını qoruyan selikli qatı zəiflədən maddələrin yaranmasını təşviq edə bilər.
Təcrübələr zamanı siçanlar yalnız fərqli zülal mənbələri ilə zənginləşdirilmiş pəhrizlərlə qidalanıblar. Cəmi yeddi gün ərzində onların bağırsaq mikrobiotasında əhəmiyyətli dəyişikliklər baş verib. Araşdırmada istifadə olunan metagenomik və metaproteomik analizlər göstərib ki, müxtəlif növ zülallar mikrobiomun fəaliyyətinə və maddələr mübadiləsinə fərqli şəkildə təsir göstərir.
Postdoktorant Alfredo Bleikli-Ruizin sözlərinə görə, hər bir zülal növü bağırsaq mikroblarında özünəməxsus dəyişikliklərə səbəb olurdu. Xüsusilə qəhvəyi düyü, maya və yumurta ağı ilə qidalanan siçanlarda bu təsir daha qabarıq hiss olunub. Bəzi pəhrizlər bağırsaqda amin turşuları parçalamaqla məşğul olan mikroorqanizmlərin fəallığını artırırdı.