Putin Ukrayna ilə danışıqlar üçün onları göndərir
Digərləri 15 May 2025 00:22:00 57 0
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparamaq üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Bu haberi de oku: Məzənnələrdə BAHALAŞMA: Avro və rublun qiyməti yüksəldi, dolların isə...
Son.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, mayın 15-də İstanbulda Ukrayna ilə danışıqlar aparacaq nümayəndə heyətinə prezidentiin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Bundan başqa, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxil edilib.
Putin həm də Ukrayna ilə danışıqlar aparmaq üçün ekspertlər qrupunun tərkibini təsdiq edib.
Eskpertlər qrupuna, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini A. Zorin, Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin humanitar sahədə dövlət siyasəti üzrə müavini Y. Podobreevskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru A. Polişuk və Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini V. Şevtsov daxil edilib. /APA Son.az