AAF həftəsonu avtomobil həvəskarlarını bir araya toplayır
Digərləri 15 May 2025 16:12:00 82 0
Bu həftəsonu "Sürətin evolyusiyası" ilə daha da maraqlı olacaq. Belə ki, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə klassik avtomobillər, sürət avtomobilləri və "Supercar"ların sərgisi keçiriləcək.
Bu haberi de oku: Günü necə planlaşdıraq?
Son.az xəbər verir ki, mayın 17-də Əziz Əliyev küçəsindən Qoşa Qala qapısınadək ərazidə 1985-ci ilədək istehsal olunan klassik avtomobillər, mayın 18-də isə müxtəlif növ sürət avtomobilləri, "Supercar"lar sərgilənəcək.
Sərgi ilə tanışlıq ödənişsizdir.
Avtomobillərin hər biri unikal və sərgi eksponatı olduğundan onlar küçəboyu yaradılmış xüsusi zonada təqdim ediləcək. Həmin əraziyə yalnız sərgilənən avtomobillərin sahibləri daxil ola biləcək.
Kaynak: milli.az