Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu
Digərləri 15 May 2025 12:22:00 78 0
Prezident İlham Əliyev "Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında" fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
Bu haberi de oku: Türk sənət dünyasına ağır itki
Son.az xəbər verir ki, sənədə əsasən, dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət idarəçiliyinə dair nəzəri biliklərinin artırılması, habelə bu sahədə vahid kadr siyasətinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçuları üçün ixtisasartırma istiqaməti üzrə əlavə təhsili təşkil etməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan ixtisasartırma istiqaməti üzrə əlavə təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
İxtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluqçularının təhsil aldıqları müddətdə əməkhaqları saxlanılır.
Bu Fərmanda nəzərdə tutulmuş dövlət sifarişinin təşkili və icrası işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hər il ixtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluqçularının siyahısını və sayını müəyyən etməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə ixtisasartırma istiqaməti üzrə əlavə təhsilin həyata keçirilməsini təmin etmək üçün lazımi təbdirlər görməlidir.