Türk sənət dünyasına ağır itki


Digərləri 15 May 2025 15:36:00 72 0

Türk sənət dünyasına ağır itki

"Selvi Boylum Al Yazmalım" filminin ssenari müəllifi və tanınmış rejissor Ali Özgentürk 80 yaşında vəfat edib.

Son.az xəbər verir ki, tanınmış türk rejissoru və ssenarist Ali Özgentürk 80 yaşında vəfat edib. O, "Selvi Boylum Al Yazmalım", "Hazal", "At" və "Balkaya" kimi unudulmaz filmlərə imza atmışdı.

Bu barədə rejissorun qardaşı, jurnalist Nebil Özgentürk sosial şəbəkədə məlumat verib. O, paylaşımında belə yazıb: "Gəncliyində teatrçı, 50 ildir ki, kinorejissor idi. Simay və Dünya adlı iki övladı vardı. 'Hazal' və 'At' başda olmaqla ümumilikdə 15 filmin rejissoru idi.

Ali Özgentürk 1945-ci ildə Adanada doğulub. İstanbul Universitetində fəlsəfə və sosiologiya təhsili alıb. Kino karyerasına kamera assistenti kimi başlayıb və Atıf Yılmazla Yılmaz Güney kimi rejissorlara kömək edib. 1979-cu ildə çəkdiyi ilk tammetrajlı filmi "Hazal"la bir çox mükafata layiq görülüb.