Körpəniz teztez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər


Digərləri 15 May 2025 08:08:00 173 0

Körpəniz teztez qusursa, səbəb düşündüyünüzdən fərqli ola bilər

Körpəniz daim qusursa, səbəb sizin düşündüyünüz kimi olmaya bilər.

Son.az xəbər verir ki, Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Kadir Ömər Çətin körpələrdə reflü ilə bağlı vacib açıqlamalar verib. O, bu vəziyyətin çox vaxt fizioloji səbəblərlə əlaqəli olduğunu və əksər hallarda müalicəyə ehtiyac olmadığını bildirib.

Reflü nədir? Qastroezofageal reflü - mədə möhtəviyyatının qida borusuna geri axması vəziyyətidir. Körpələrdə bu vəziyyətin yaranmasına bir neçə əsas səbəb var:

Aşağı özofagus sfinkterinin (qida borusu qapağının) hələ inkişaf etməmiş olması

Ana südü və formulalarla maye əsaslı qidalanma

Uzun müddət uzanma vəziyyətində qalmaq

Kiçik mədə tutumu və həddindən artıq qidalanma

Erkən doğulmuş körpələrdə həzm sisteminin yetişməməsi

İnək südü zülalına qarşı allergiya

Sürətli və ya çox qidalandırma

Nə zaman narahat olmalı? Dr. Çətinə görə, fizioloji səbəblərlə baş verən reflü əlamətləri adətən körpənin 12-18 ayına qədər azalır. Lakin aşağıdakı hallarda mütləq həkimə müraciət edilməlidir: