Şeyxin səlahiyyətləri AZALDILDI


Digərləri 22 May 2025 12:02:00 63 0

Şeyxin səlahiyyətləri AZALDILDI

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.

Son.az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında bildirib.

O qeyd edib ki, dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır. İndiyə kimi bu səlahiyyət QMİ-də idi.