Pomidorla bağlı mühüm qərar verildi


Digərləri 07 May 2025 19:34:00 124 0

Pomidorla bağlı mühüm qərar verildi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Son.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.