İsmayıllıda Heydər Əliyevin 102ci ildönümünə həsr edilmiş tədbir keçirilib FOTO


Digərləri 10 May 2025 17:30:00 88 0

İsmayıllıda Heydər Əliyevin 102ci ildönümünə həsr edilmiş tədbir keçirilib  FOTO

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumrayon tədbiri təşkil olunub.

Bu haberi de oku: Sabah 31 dərəcə isti olacaq

Son.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat nümayəndələri, şəhid ailələri və ictimaiyyət fəalları iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. 

Heydər Əliyev Mərkəzində davam edən tədbir çərçivəsində Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçirilib, onun həyat və fəaliyyətini əks etdirən film təqdim olunub. Tədbir iştirakçıları həmçinin Ümummilli Liderin sevdiyi mahnıları dinləyib.