ABŞda yaşamaq istəyənlərin diqqətinə Alternativ yollar açıqlandı


Digərləri 10 May 2025 17:14:00 85 0

ABŞda yaşamaq istəyənlərin diqqətinə  Alternativ yollar açıqlandı

ABŞ-da yaşamaq arzusu bir çox azərbaycanlının məqsədləri arasında olsa da, bu arzuya çatmaq üçün tək yol "qrin kart" deyil. ABŞ-da uğur qazanan azərbaycanlıların əksəriyyəti bu ölkəyə məhz alternativ yollarla köç ediblər.

Bəs alternativ yollar hansılardı?

Məsələ ilə bağlı Son.az-a Amerikada yaşayan hüquqşünas Cavid Rəhimli açıqlama verib:

O bildirib ki, əsas faktor şəxsi inkişaf, peşəkar bacarıqlar və məqsədyönlü çalışmaqdır.

"ABŞ-da yaşamaq üçün dörd əsas yol mövcuddur və bunlar üçün şansa deyil, ciddi hazırlığa və iradəyə ehtiyac var:

Təhsil: ABŞ-da xüsusilə doktorantura səviyyəsində təhsil alan tələbələr üçün çoxsaylı təqaüd imkanları mövcuddur. Bu proqramların əksəriyyəti tam maliyyələşdirilir.

İnvestisiya: İlkin olaraq 70 min dollarlıq sərmayə yatırmaqla ABŞ-da yaşamaq mümkündür. Bu imkan ailə üzvlərini də əhatə edir.

O-1 vizası: Elm, idman, incəsənət və ya biznes sahəsində xüsusi istedad və nailiyyətləri olan şəxslər bu viza vasitəsilə ABŞ-a gedə bilərlər.

İş imkanları: ABŞ-da iş tapmaq çətin olsa da, ölkədə təhsil almış və ya möhkəm beynəlxalq əlaqələri olan şəxslər üçün bu yol da açıqdır".

Hüquqşünas qeyd edir ki, bu yollarla ABŞ-a köçən insanlar, istənilən ölkədə uğur qazanmaq potensialına malikdirlər. Lakin ABŞ-ın geniş bazarı və çoxsaylı imkanları bu uğurun daha sürətli və effektli şəkildə əldə olunmasına şərait yaradır. Eyni zamanda vurğulanır ki, sahəsində beynəlxalq səviyyədə tanınmamış şəxslər üçün ABŞ-da peşəkar fəaliyyətə başlamaq asan deyil və yenidənqurma üçün maliyyə və səbr tələb olunur.

Aysel Əkbər Son.az