Şabranda ağır qəza iki qardaş öldü


Digərləri 10 May 2025 17:05:00 74 0

Şabranda ağır qəza  iki qardaş öldü

Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, "VAZ 21015" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki qardaş Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər hadisə yerində həlak olublar.

Faktla bağlı araşdırma aparılır.