Şəkidə ağır qəza Xəsarət alanlar var


Digərləri 10 May 2025 18:11:00 74 0

Şəkidə ağır qəza  Xəsarət alanlar var

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Son.az-ın məlumatına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində olub.

Belə ki, hərəkətdə olan "Ford" markalı yük maşını və "Mercedes Vito" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb. Son.az