Türkiyədəki dəhşətli avtobus qəzasının
Digərləri 10 May 2025 23:47:00 86 0
Beylikdüzündə baş verən və 1 nəfərin həyatını itirdiyi metrobüs qəza anı dayanacaqda yerləşən təhlükəsizlik kamerasına əks olunub. Görüntülərdə sürətlə gələn metrobüsün, dayanacaqda sərnişin gözləyən başqa bir metrobüsə arxadan çırpıldığı, sərnişinlərin isə metrobüsdən dayanacağa doğru atıldığı anlar aydın görünür.
Bu haberi de oku: AMEAnın həyətində yeni çayxana Ekspertlər narazıdır, Akademiya susur
Qəza saat 16:00 radələrində baş verib.
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyükçekmecə istiqamətində hərəkətdə olan bir metrobüs, Haramidere Sənaye dayanacağında eyni istiqamətdə hərəkət edən başqa bir metrobüsə arxadan çırpılıb. Toqquşmanın təsiri ilə qəzanı törədən metrobüsdəki bir nəfər həyatını itirib, 2-si ağır olmaqla ümumilikdə 40 sərnişin yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürənlər cəlb olunub. Yaralılara ilk tibbi müdaxilə göstərildikdən sonra xəstəxanaya aparılıblar. Qəzanın baş verdiyi Haramidere metrobüs dayanacağı hava görüntüsü ilə çəkilib, ərazidə isə hələ də araşdırma və təmizlik işləri davam edir.