Azərbaycanda bu siqaretlər bahalaşır MƏBLƏĞ


Digərləri 10 May 2025 14:13:00 77 0

Azərbaycanda bu siqaretlər bahalaşır  MƏBLƏĞ

Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir.

Son.az teleqraf-a istinadən xəbər verir ki, satış şəbəkələrinə artıq "Sabrania" markalı siqaretlərin qiymətinin qaldırılması ilə bağlı təlimat göndərilib.

Artım ilkin mərhələdə yalnız "Sabrania" məhsullarına aid olacaq və təxminən 30 qəpik təşkil edəcək.

Marketlərdə qiymət dəyişikliyi üçün hazırlıqlar başlayıb.