"Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə FOTO


Digərləri 09 May 2025 22:21:00 71 0

"Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə  FOTO

"Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə yayımlanır.

Son.az xəbər verir ki, hazırda "Arka Sokaklar" serialının yeni bölümü yayımlanır. Ekran işinin bu seriyasında "Azal"ın təyyarəsinin qəzası ilə bağlı kadrlar nümayiş etdirilir.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190AR tipli sərnişin təyyarəsi (reys J28243) Baki şəhərindən Çeçenistanın Qroznı şəhərinə uçarkən qəzaya uğrayıb. Qəza nəticəsində 67 nəfərdən ibarət sərnişin və ekipaj üzvlərindən 38-i həlak olub, 29 nəfər isə xəsarət alaraq sağ qalıb. Həlak olanlar arasında iki pilot və bir bələdçi də olub.