“Şəki” restoranı sökülür


Digərləri 09 May 2025 20:39:00 86 0

“Şəki” restoranı sökülür

Bakının Nərimanov rayonunda yerləşən məşhur "Şəki" restoranının söküntüsünə başlanılıb.

Son.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.