Qubada ağır qəza ölən və yaralanan var


Digərləri 04 May 2025 12:54:00 77 0

Qubada ağır qəza  ölən və yaralanan var

Quba şəhərinin Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Quba rayon sakini 21 yaşlı Telman İbrahimovun idarə etdiyi "Toyota" markalı minik avtomobili idarəetməni itirərək dəmir maneəyə çırpılıb.

Nəticədə sərnişin Beyləqan rayon sakini, 25 yaşlı Yusif Yusifli hadisə yerində ölüb. Sürücü T.İbrahimov isə, Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.