Sumqayıtda yaşayış binasında yanğın olub
Digərləri 04 May 2025 16:08:00 69 0
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu haberi de oku: Pul cəlb etmək üçün: 4 güclü qaraçı ritualı
Bu barədə Son.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik sayğacı qutusunda baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Kaynak: milli.az