Tətildə kuryer işləyən tələbənin törətdiyi qəzanın TƏFƏRRÜATI


Digərləri 04 May 2025 17:57:00 84 0

Tətildə kuryer işləyən tələbənin törətdiyi qəzanın TƏFƏRRÜATI

Yasamal rayonunda, metronun "Nizami" stansiyasının qarşısında mopedlə qadını vuraraq ölümünə səbəb olan Faiqin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Faiq Qurbanəli oğlu Əlirzayev idarə etdiyi "Tufan" markalı mopedlə Rəna Quliyevanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.

Faiq məsuliyyətə cəlb edilib. Dindirilən zaman əməlindən peşman olduğunu deyən Faiq bildirib ki, mərhumun ailəsi ilə barışıb.

Hadisə ötən ilin yay ayında baş verib. Faiq Türkiyənin Tokat şəhərində təhsil alırmış. O, yay tətili üçün Bakıya gələndə moped alaraq kuryerlik etməyi planlaşdırıb. Faiq mopedi Türkiyədə birlikdə təhsil aldığı Əliağa adlı dostu ilə alıb. Mopedi əsasən Əliağa idarə edirmiş.

Faiq son olaraq "Şaurma nömrə 1"də işə düzəlibmiş. Hadisə günü mopedlə həmin istiqamətə gedirmiş. Mopeddə Əliağa da əyləşibmiş. Qəza zamanı Əliağanın baş geyimi olub. Faiqdə baş geyimi olmadığı üçün xəsarət alıb.