Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə öldü
Digərləri 04 May 2025 23:52:00 64 0
Rusiyada baş verən yol qəzasında Azərbaycan vətəndaşı ölüb.
Bu haberi de oku: May ayında beç bürc xəzinə qazanacaq
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Voronij şəhərində baş verib.
Hərəkətdə olan BMW markalı avtomobil Azərbaycan vətəndaşı Quliyev Hüseyn Rəşid oğlunun idarə etdiyi "VAZ 21010" markalı avtomobillə toqquşub.
Nəticədə H.Quliyev hadisə yerində həyatını itirib. Yaxınlarının bildirdiyinə görə, H.Quliyevin cənazəsi sabah axşam doğulduğu Ağcabədi rayon Avşar kəndinə gətiriləcək. Son.az
Kaynak: milli.az