Qeysəriyyə əməliyyatından sonra ölən qız 16 yaşında evlənibmiş
Digərləri 04 May 2025 14:35:00 84 0
Xəbər verdiyimiz kimi, Bakıda Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini, 18 yaşlı Tahirə Hüseynova qeysəriyyə əməliyyatından sonra vəfat edib.
Bu haberi de oku: Çin maşını sürənlərin gözü yaşlıdır: Ehtiyat hissələri tapılmır
Son.az den.az-a istinadən xəbər verir ki, T. Hüseynova 2024-cü ilin 6 iyun tarixində, 16 yaşında ailə qurub.
Bu ilin aprelin 18-də hamiləliyinin 38-39-cu həftəsində Sumqayıt şəhərinə qohumlarının evinə qonaq gedib və orada yerləşən 5 saylı Ailə Sağlamlıq Mərkəzinə müraciət edib.
Aprelin 26-da gecə saat 01:45 radələrində onun vəziyyəti pisləşib və Tahirə Sumqayıt Perinatal Mərkəzinin Təcili və Təxirəsalınmaz yardım şöbəsinə yerləşdirilib.
Həkimlərin qərarı ilə hamiləlik qeysəriyyə əməliyyatı ilə sonlandırılıb. Əməliyyat nəticəsində 4 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlsə də, Tahirə Hüseynovanın vəziyyəti doğuşdan sonra qəflətən pisləşib.
Müayinələr nəticəsində gənc anaya doğuşa yaxın və ya doğuşdan sonra yaranan ürək əzələsi çatışmazlığı diaqnozu qoyulub.