"Kızılcık Şerbeti" serialına yeni sima: Məşhur aktyor "Leo" obrazında
Digərləri 04 May 2025 15:24:00 72 0
Populyar türk serialı "Kızılcık Şerbeti" yeni mövsümə sürpriz yeniliklərlə davam edir.
Bu haberi de oku: Uğur üz tutdu: Bu bürcləri yüksəliş dövrü gözləyir
Son.az xəbər verir ki, layihəyə məşhur müğənni Murat Balcı da qoşulacaq. O, ekran işində aktrisa Ece İrtemin canlandırdığı "Işıl" obrazının sevgilisi "Leo" rolunu ifa edəcək.
Murat Balcının seriala qatılması ekran əsərinə əlavə rəng qatacağı gözlənilir. Tamaşaçılar onu ilk dəfə aktyor kimi bu cür ciddi layihədə izləyəcəklər. Bu da layihənin dinamikasına yeni nəfəs gətirə bilər.
Qeyd edək ki, serialın baş rollarını Doğukan Güngör (Fatih) və Sıla Türkoğlu (Doğa) paylaşır. Rejissorluğunu Ketçenin (Hakan Kırvavaç) etdiyi "Kızılcık Şerbeti", ictimai mövzulara toxunması və güclü aktyor heyəti ilə geniş izləyici kütləsi qazanıb.