"General Motors" 721 min avtomobili geri çağırır


Digərləri 04 May 2025 11:54:00 76 0

"General Motors" 721 min avtomobili geri çağırır

ABŞ-nin avtomobil nəhəngi "General Motors" (GM) V8 tipli mühərriklərdə texniki nasazlıq ehtimalına görə 721 min yeni avtomobili bazarlardan geri çağırmaq qərarına gəlib.

Son.az xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyinə istinadən yayılıb.

Geri çağırılan avtomobillər 2021-2024-cü illər arasında istehsal olunan aşağıdakı modelləri əhatə edir:

Cadillac Escalade və Escalade ESV

Chevrolet Silverado 1500, Suburban, Tahoe

GMC Sierra 1500, Yukon, Yukon XL

"General Motors"un ABŞ-daki rəsmi dilerləri 2024-cü ilin iyun ayından etibarən avtomobil sahibləri ilə əlaqə saxlayaraq nasazlıq ehtimalı olan nəqliyyat vasitələrinin texniki yoxlamasını təşkil edəcəklər.

Nasazlıq təsdiqlənərsə, həmin avtomobillərin mühərrikləri ya təmir ediləcək, ya da tamamilə dəyişdiriləcək. Şirkət avtomobil sahiblərinə bu prosesin ödənişsiz həyata keçiriləcəyini bildirib.

Kənan Son.az