Ukraynalı Nataliya Semyonoviç üçüncü dəfə Bakı marafonunun qalibi oldu
Digərləri 04 May 2025 13:21:00 67 0
Bakı marafonunun qalibi olmaq artıq üçüncü dəfədir ki, mənim üçün reallaşır - bu, möhtəşəmdir, özümü çox xoşbəxt hiss edirəm.
Bu haberi de oku: Çin maşını sürənlərin gözü yaşlıdır: Ehtiyat hissələri tapılmır
Trend-in məlumatına görə, bunu qadınlar arasında birinci yeri tutan ukraynalı idmançı Nataliya Semyonoviç jurnalistlərə bildirib.
"Hava şəraiti əla idi, küləyə də qalib gəldim. Mən altıncı sinifdən məşq edirəm, idman həyatımın mənasına çevrilib və bunun bəhrəsini görürəm. Nəticə əldə etmək üçün daim ciddi şəkildə məşq etmək lazımdır", - deyə qalib bildirib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2025" start götürüb. İştirakçılar Bayraq meydanından yarışa başlayıblar.