Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?


Digərləri 04 May 2025 10:18:00 81 0

Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?

Azərbaycanda qohum evlilikləri 2025-ci il iyulun 1-dən etibarən qadağan olunur. Ekspertlər uzun illərdən sonra nikah sayında qeydə alınan artımı həm də bu amillə əlaqələndirirlər.

Bu haberi de oku: 4 gün ardıcıl iş olmayacaq

Azərbaycanda uzun müddətdir ki, azalan nikah statistikası artmağa başlayıb. Son illər insanlar evlilik qərarını verməkdə çətinlik çəkir, nikahlar azalır, boşanmalar isə artırdı. Amma 2025-ci ilin ilk iki ayında bu neqativlik az da olsa dəyişməyə başlayıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7 741 nikah və 3 414 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə düşən nikahların sayı 4.0-dan 4.7-yə qədər artıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdı və əhalinin hər min nəfərinə düşən nikahların sayı 4.6-dan 4.0-a düşmüşdü.

Maraqlıdır, nikahların sayının artmasının səbəbi nədir?

Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Ailə siyasətinin həyata keçirilməsi üçün müvafiq addımlar atılır"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva bildirib ki, Komitə səlahiyyətləri daxilində ailə siyasətinin həyata keçirilməsi üçün müvafiq addımlar atır: "Mütəmadi olaraq paytaxtda və bölgələrdə maarifləndirmə işləri həyata keçirilir, media ilə ciddi əməkdaşlıq edilir. Ailə dəyərlərinin, düzgün ailə münasibətlərinin təbliği ilə bağlı bir çox televiziya kanallarında Komitənin sifarişi ilə hazırlanan sosial çarxlar, ictimai nəqliyyatda elektron vəsaitlər nümayiş etdirilir. Həmçinin gənclər arasında ailənin və nikahın əhəmiyyətinin artırılması məqsədilə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bütün növ təhsil müəssisələrində görüşlər keçirilir. Yeri gəlmişkən, Dövlət Komitəsi tərəfindən yeni və çox əhatəli bir layihəyə start veriləcək. Bu layihə də müvafiq dövlət qurumlarının əməkdaşlığı ilə keçiriləcək, 12 regionda təşviqat-təbliğat işlərini əhatə edəcək. Təbii ki, təkcə maarifləndirmə yetərli deyil. Paralel olaraq müvafiq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün mütəmadi təkliflər paketi tərəfimizdən hazırlanır".

Əsas olan rəqəmlər deyil

Qurum rəsmisi bildirir ki, ki, müsbət istiqamətdə cüzi bir artım da sevindiricidir. Amma əsas olan rəqəmlərin artması deyil, qurulan ailələrin, bağlanan nikahların dayanıqlı olmasıdır: "Əlbəttə ki, statistik göstəricilər hər zaman stabil qala bilməz. Biz mütəmadi olaraq istənilən sahədə rəqəmlərdə artım, bəzən isə azalma müşahidə edirik. Son illər nikahların sayında ciddi şəkildə azalma, boşanmaların sayında isə artım görünürdü".

Hələlik hüquqi qadağa yoxdur