Ərzaq mağazalarındakı saxta endirimlər ALDANMAYIN


Digərləri 01 May 2025 10:30:54 86 0

Ərzaq mağazalarındakı saxta endirimlər  ALDANMAYIN

Paytaxtda bir sıra mağazalarda saxta endirim kompaniyası var. 

Son.az xəbər verir ki, müştərini cəlb etmək üçün olan endirim kağızının altında əslində dəyişilməyən qiymət qoyulur. Bu isə saxta marketinqin bariz nümunəsi hesab edilə bilər. 

Vətəndaşlar saxta endirim kompaniyasına qurban olmamışdan əlavə məhsul alarkən diqqətli olmaqları tövsiyə edilir. Həmçinin, məhsul alarkən onun son istifadə tarixinə baxmaq da mütləqdir. 

Məsələ ilə bağlı Son.az-a  Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, saxta endirim kompaniyaları ölkəmizdə geniş yayılıb. Bu, birbaşa istehlakçı hüquqlarınız pozulması deməkdir: "Endirimin məqsədi müştərini mağazanın qapısından içəri keçirtməkdir. Bundan sonra müştəri tələyə düşür sanki. Endirimli qiymətin kassada çıxmaması, məhsulun 14 gün ərzində dəyişdirilib qaytarılma prosesi problemə çevrilir. Çünki müştəriyə deyirlər ki, bunu endirim zamanı almısız. Endirimli mallara bu şamil edilmir.