Bu qaydanı pozanlar 1000 manat cərimələnəcək
Digərləri 01 May 2025 12:56:00 66 0
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
Bu haberi de oku: Türkiyənin bu bölgəsində karantin elan olundu Girişçıxış bağlandı
Son.az xəbər verir ki, dəyişikliyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manata qədər cərimə ediləcək.
Eyni zamanda icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir.
Bundan başqa, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir.
İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.