Bakıda “Porche” ilə "avtoşluq" edən sərxoş qadın sürücü həbs olundu
Digərləri 01 May 2025 16:55:00 65 0
Bakıda "Porche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.
Son.az xəbər verir ki, Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə "Porche" markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin "saxla" işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib.
Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.
Kaynak: milli.az