Bu məktəblərdə birinci sinfə qəbul müsabiqəsi ləğv edildi
Digərləri 01 May 2025 14:22:00 79 0
Bəzi təhsil müəssisələrində 1-ci sinfə qəbulun müsabiqə mərhələsi ləğv olunub.
Bu haberi de oku: Avtomobil hansı sürətdə ən az yanacaq sərf edir? "Qızıl orta"
Son.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, "Ankara məktəbi" məktəb-liseyi,160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində müsabiqə mərhələsi ləğv olunub.
"Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq. Digər 6 məktəb üzrə isə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq. Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq",- deyə məlumatda qeyd edilib.