Onların sürücülük vəsiqəsi ləğv olunacaq AÇIQLAMA


Digərləri 01 May 2025 15:40:21 60 0

Onların sürücülük vəsiqəsi ləğv olunacaq  AÇIQLAMA

Avropa Birliyi ölkələrində sürücülük vəsiqəsi əldə etməklə bağlı yaş senzinin yuxarı həddi müəyyyənləşib. Belə ki, bir çox ölkələrdə sürücülük hüququnun verilməsi ilə bağlı son yaş limiti 75 olaraq müəyyənləşib. Türkiyə və Rusiyada isə 65 yaşından sonra sürücülük vəsiqəsinin yenilənməsi üçün tibbi müayinədən keçmək məcbur idi. 

Bəs bizim ölkəmizdə sürücülük vəsiqəsi neçə yaşdan sonra ləğv olunmalıdır? 

Son.az xəbər verir ki, paytaxt sakinlərinin sözlərinə görə, 70 yaşdan sonra sürücülük vəsiqəsi ləğv edilməlidir. Çünki o yaş aralığında həm görmə zəifləyir, həm də reaksiyalar yavaşlayır. 

Azərbaycanda 65 yaşdan yuxarı şəxslər üçün avtobus və digər nəqliyyat vasitələrini idarə etmək qadağandır. Sözü gedən yaş yalnız öz şəxsi minik avtomobilini idarə etməyə icazə verir. Şəxsi nəqliyyat vasitələrini idarə edən şəxslər 65 yaşdan sonra tibbi yoxlamadan keçirilir. Müayinədən keçəcəkləri halda onlara 70 yaşa qədər sürücülük hüququ verilir. Yəni 70 yaşdan sonra isə hər iki ildən bir sürücü sağlamlıq müayinələrindən keçməlidir. Əgər səhhətində bir problem aşkarlanarsa, həmin şəxs sürücülük hüququndan məhrum edilir. 

Ekspert Elməddin Muradlının sözlərinə görə, sükan arxasında ölüm və ağır klinik vəziyyət keçirən şəxslər azdır. Yaşlı insanlar uzaq səfərlərdə qəza az edirlər. Çünki onlar yaşlarına görə tez-tez fasilə edirlər. Bu da onların müəyyən hadisələrə tez reaksiya verməsinə daha diqqətli olmasına səbəb olur.