Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib FOTO


Digərləri 01 May 2025 13:37:00 87 0

Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib  FOTO

30.04.2025 tarixində Park Cinemanın Park Bulvar filialında Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Qazaxıstan istehsalı olan və iti satirik yumora sahib "Patrul: Sonuncu Əmr" filminin möhtəşəm təqdimatı baş tutdu.

Filmin aktyor heyəti, eləcə də filmin həm prodüseri, həm də rejissoru Rustem Omarov Azərbaycana qonaq gələrək, tamaşaçılarla görüşdülər. Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri cənab Alim Bayel, eləcə də Park Cinema kinoteatrlar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyev də iştirak etmişdi.

Bu layihə, yalnız Qazaxıstan ərazisində deyil, həm də ölkə sərhədlərindən kənarda uğurla tanınan ilk Qazaxıstan franşizasıdır.