Dünya onu gözəlliyi ilə tanıdı Bu FOTOları ilə interneti fəth etdi


Digərləri 16 Tem 2025 10:02:00 69 0

Dünya onu gözəlliyi ilə tanıdı  Bu FOTOları ilə interneti fəth etdi

Braziliyalı voleybol ulduzu və sosial media fenomeni Kay Alves təkcə meydandakı uğurları ilə deyil, həm də heyranedici görünüşü ilə milyonların qəlbini fəth edib.

Atlet, model və influenser kimi üçlü kariyerası ilə tanınan Alvesin "Instagram"da 17 milyondan çox izləyicisi var. O, kişi jurnallarında çəkildiyi reklam və fotosessiyalarla ciddi gəlir əldə edir - idmandakı qazancını belə geridə qoyur.

2023-cü ildə mediaya fokuslanmaq üçün voleybol karyerasını bitirdiyini açıqlayan Kay yalnız ABŞ-nin ilk peşəkar qadın voleybol liqasında iştirak üçün qısa müddətlik qayıtmışdı. Lakin görünür, indi bu dönüş də son olub - Kay Alves həyatında tamamilə yeni bir mərhələyə qədəm qoyur.

Kay Alves ana olmağa hazırlaşır! Bu xoş xəbəri o, sosial şəbəkədə nişanlısı, braziliyalı kantri müğənnisi Bruno Roso ilə paylaşdığı fotolarla elan edib. Dairəvi qarını artıq çəkilişlərdə aydın görünən voleybol gözəli, gələcək analıq sevincini pərəstişkarları ilə bölüşüb.

Kənan Son.az