Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər SƏBƏB


Digərləri 16 Tem 2025 21:23:00 80 0

Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər  SƏBƏB

Rusiya Liberal Demokrat Partiyası (LDPR) Rusiyaya daxil olan bütün əmək miqrantları üçün meninqokok infeksiyasına qarşı məcburi peyvənd olunması təşəbbüsü ilə çıxış edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının deputatı və partiyanın lideri Leonid Slutski məlumat verib.

"İcazəsi olmayan xarici vətəndaşlar və onların övladları ölkəmizə səyahət edir və infeksiya yuvasına çevrilirlər. LDPR çoxdan deyir ki, bu axını dayandırmaq lazımdır", - deyə siyasətçi bildirib.