Peşəkar Mühasib Sertifikatı imtahanı elektronlaşdırılır DİM sədri


Digərləri 16 Tem 2025 18:14:00 92 0

Peşəkar Mühasib Sertifikatı imtahanı elektronlaşdırılır  DİM sədri

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanıdır.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunan müzakirələrin yekunu ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, bu imtahan artıq sentyabrdan elektron formada keçiriləcək:

"Daha sonra rezidentura, Azərbaycan dili və magistratura imtahanlarının da mərhələli şəkildə elektronlaşdırılması nəzərdə tutulur".


Habere ait fotoğraflar