Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı
Digərləri 16 Tem 2025 09:53:00 63 0
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu haberi de oku: KU Leuven Universitetini 20 yaşlı azərbaycanlı gənc fərqlənmə diplomu ilə bitirib FOTO
Son.az xəbər verir ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Şəmkir rayonunun "Ağ dağlar" adlanan ərazisində fəaliyyət göstərən fərdi sahibkar Əliyev Yalçın Nəriman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinin aparılmadığı, həmçinin tutumların üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının keçirilmədiyi müəyyən edilib.