Bu gündən elektron formada veriləcək
Digərləri 01 May 2025 10:34:10 65 0
Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında veriləcək.
Bu haberi de oku: Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
Son.az xəbər verir ki, xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi" vasitəsilə hazırlanacaq.
Bundan sonra tibb müəssisələri xəstəlik vərəqələrini e-imza ilə təsdiq edərək işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.
Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elektron xəstəlik vərəqələrinə dair məlumatlar vahid e-reyestrdə birləşdirilib.