Trampla Zelenskinin Vatikandakı söhbətinin
Dünya 30 Nis 2025 21:23:00 299 0
Vatikanda - Papanın dəfni öncəsi ABŞ lideri Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutmuş 15 dəqiqəlik söhbətin təfərrüatları açıqlanıb.
Bu haberi de oku: Ukrayna Krım körpüsünü partlatdı
Son.az xəbər verir ki, "Axios" portalının məlumatına görə, Zelenski söhbət zamanı ABŞ prezidentini Rusiya lideri Vladimir Putinə qarşı daha sərt mövqe tutmağa və atəşkəs üçün prioritetlərə yenidən baxmağa çağırıb.
Nəşrin yazdığına görə, Zelenskinin müşavirləri onun "Oval kabinetdəki fəlakətdən sonra" Trampla təkbətək söhbət etmə riski olub-olmaması ilə bağlı müxtəlif fikirlərə sahib olublar. "Axios" mənbələri deyiblər ki, Zelenski sonda Trampın Putin haqqında fikrini ilk dəfə dəyişməyə müvəffəq olduğunu hiss edib. Və İtaliyadan qayıdarkən Amerika prezidenti jurnalistlərlə söhbətində Rusiya prezidentini Kiyevə kütləvi hücuma görə tənqid edib.
"Zelenskinin məsləhətçiləri əsəbi idilər və bəziləri - hələ də fevralın 28-də Oval ofis səhnəsindən travma alıblar - Zelenskiyə Trampla təkbətək görüşün yaxşı fikir olduğuna əmin olmadıqlarını söylədilər", - məqalədə deyilir.